Xalq artisti: “Qalmağa yerim yox idi”

9 Noyabr 2015 10:45 (UTC+04:00)

Xalq artisti, tanınmış xanəndə Zabit Nəbizadə sənət yolunun keşməkeşlərindən danışıb.

Publika.az-a danışan xanəndə qazandığı uğura görə özünə - çəkdiyi əziyyətlərə borclu olduğunu bildirib:

“Kənddən Bakıya gələndə qalmağa yerim-yurdum yox idi. Qohum evində də qalmağa utanırdım. Buna görə də işlədiyim zavodların yataqxanasında qalırdım. Şükür bu günümə, çəkdiyim əziyyətlər yerdə qalmadı. İndi sayılıb-seçilən ali təhsil ocaqlarında dərs deyirəm, tanınmış xanəndəyəm. Çəkdiyim əziyyətlər yerdə qalmadı”.

Cəvahir