Sorosdan Türkiyəyə dəstək

9 Noyabr 2015 16:11 (UTC+04:00)

Dünyanın bir sıra ölkələrində inqilabları maliyyələşdirməyi ilə tanınan Corc Soros Avropada yaşanan miqrant böhranı ilə əlaqədar Türkiyəyə dəstək nümayiş etdirib.

Publika.az-ın xarici mediaya itinadən verdiyi məlumata görə, C.Soros bəyan edib ki, Suriyadan qaçan miqrantların Avropaya sığınmaq istəməsi dünyada böyük narahatlıq doğurur. “Bunun üçün dünya birliyi böhranın fərqinə varmalıdır və həlli yollarını tapmalıdır. Hazırda yaşanan real bir böhranın fərqini varılmalıdır. Avropa Birliyi və BMT bu böhranı həll etməlidir. Miqrant böhranının həllində Türkiyənin də məsləhətlərini dinləmək lazımdır. Bu yükü Türkiyə təkcə qaldırmamalıdır. Ötən gün mən Türkiyədən olan rəsmilərlə görüşmüşəm. Hazırda Türkiyə 2.5 milyona yaxın miqranta sığınacaq verib, onların yaşamını qarşılayır. Ancaq Avropa Birliyi də buna dəstək olmalıdır”.

Vasif Həsənli