Elektrovoz vuran kişinin şəxsiyyəti müəyyən edilib

10 Noyabr 2015 14:52 (UTC+04:00)

Şəmkir rayonunda elektrovozun vurduğu kişinin şəxsiyyəti müəyyən edilib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 16-da Yevlax dəmir yolu stansiyasının ərazisində, qorunmayan keçiddə baş verib.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən elektrovozla vurulmuş şəxsin Şəmkir rayon sakini Rəhman Bayramov olduğu müəyyən edilib.