Biznesmen arvadı ilə birlikdə vertolyot qəzasında öldü

10 Noyabr 2015 18:51 (UTC+04:00)

Avstraliyanın Yeni Cənubi Uels ştatında vertolyot qəzaya uğrayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, vertolyotda olan hər üç nəfər - fotoqraf və keçmiş biznesmen Riçard Qrin, onun arvadı Kerolin Qrin və sənədli film istehsalçısı, rəssam-qrafik Con Deyvis həlak olub.

Nəşr qeyd edir ki, əvvəllər pilot olan Qrin vertolyotu idarə etmək üçün ona verilən lisenziyadan 2013-cü ildə məhrum edilmişdi.

Ömər Dağlı