Məşhur qrupun rəhbəri motosikletdə - FOTOLAR VİDEO

12 Noyabr 2015 04:15 (UTC+04:00)

“Qala” qrupunun rəhbəri Ceyhun Əliyev sənətində dönüş etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, silsilə layihələr vəd edən sənətçinin bu qəbildən ilk işi – yeni fotosessiyası artıq hazırdır.

Fotolar həm açıq havada, həm də qapalı məkanda çəkilib. Açıq havada klassik geyimdə, motosikletlə foto kamera qarşısına keçən Ceyhun Əliyev maraqlı görüntülərlə yadda qalıb.

Qeyd edək ki, foto-layihənin müəllifi Xəyalə Şirinova və Harley Davidsondur. Fotolar Niko Abbasova məxsusdur.

Cəvahir