Mövsümün ən dəbli geyimlərindən biri də midi ətəklərdir.
Midi ətəklə şıq və gözəl görünmək istəyirsinizsə, Publika.az-ın məsləhətlərini yadda saxlayın:
Printlər
Heyvan və çiçək printli midi ətəklər mövsümün trendlərindən hesab edilir. Bu ətəyi sizi isti saxlayacaq kofta, rahat ayaqqabı və açıqrəngli çanta ilə uyğunlaşdırın.
Payız rəngləri
Dizaynerlər payızın ən trend rənginin tünd göy olduğunu hesab edirlər. Göy rəngli ətəyinizi uzun kofta və uzunboğaz çəkmə ilə geyinə bilərsiniz.
Kombininizi trençkot ilə tamamlamağınız məsləhətdir.
Ağ rəng
Hər mövsüm olduğu kimi, payızda da ağ rəng aktuallığını qoruyur. Ağ rəngli midi ətəyinizi qara rəngli geyimlərlə və aksessuarlarla uyğunlaşdırın.
Ləman Sultan