Gürcüstanda dəb günləri keçirilib

14 Noyabr 2015 02:34 (UTC+04:00)

Gürcüstanda “Mercedes-Benz Fashion Days Tbilisi” dəb günləri keçirilib.

Publika.az xəbər verir ki, 5 gün davam edən dəb günlərində Gürcüstanın və Ukraynanın məşhur dizaynerləri yeni kolleksiyalarını nümayiş etdirib.

Podiuma gürcü modellərlə yanaşı, fəaliyyətini Azərbaycanda davam etdirən Diana Ka və Nəbi Kərimli də qatılıb.

İsa Şükürov