Prezident İlham Əliyev Türkiyədədir

14 Noyabr 2015 15:50 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak etmək üçün noyabrın 14-də Türkiyə Respublikasına işgüzar səfərə gedib.

AZƏRTAC-ın məlumatına görə, Antalyanın beynəlxalq aeroportunda Azərbaycan Prezidentini və xanımını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.