AÇ-2016-nın seçmə mərhələsində daha iki pley-off oyunu keçirilib.
Publika.az xəbər verir ki, günün ilk oyununda Ukrayna millisi Sloveniyanı qəbul edib. Hər hissədə bir dəfə fərqlənən ukraynalılar ilk oyundan 2:0 hesablı qələbəylə ayrılıblar. Beləliklə, Ukrayna millisi böyük üstünlük əldə edib.
Günün digər pley-off oyununda isə Skandinaviya təmsilçiləri - İsveç və Danimarka üz-üzə gəliblər. "Vikinqlər"in Solnadakı mübarizəsində ev sahibi İsveç qələbə qazanıb - 2:1. Bu qarşılaşma PSJ-nin və İsveç yığmasının futbolçusu Zlatan İbrahimoviç karyerasında 750-ci oyun olub. Komandasının 2-ci qoluna penaltidən imza atan İbrahimoviç karyerasında 412-ci qolunu vurub.
AÇ-2016 seçmə mərhələsi, pley-off
14 noyabr
21:00 Ukrayna - Sloveniya 2:0
Yarmolenko, 23. Seleznyov, 54.
23:45 İsveç - Danimarka 2:1
Forsberq, 45. İbrahimoviç, 50-p - Yorqensen, 80.