Azərbaycan - Moldova oyunu gürcülərə tapşırıldı

16 Noyabr 2015 15:30 (UTC+04:00)

Azərbaycan və Moldovanın futbol üzrə milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

Publika.az xəbər verir ki, qarşılaşmanın əsas və yan xətt hakimləri Gürcüstandan olacaq.

Baş hakim: Laşa Silaqava (Gürcüstan)

Baş hakimin köməkçiləri: Zaza Pipiya, David Çiqoqidze (hər ikisi - Gürcüstan)

Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan)

Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:00-da başlanacaq.