Hadisənin geyimi qalmaqal yaratdı – FOTOLAR

17 Noyabr 2015 02:35 (UTC+04:00)

Müğənni Hadisə Kiprdə konsert verib.

Publika.az xəbər verir ki, cazibədar müğənni ölkənin ən lüks otellərindən birində səhnəyə çıxıb. Ulduzun konsert üçün seçdiyi libaslar qalmaqala səbəb olub. Belə ki, bacısı Dərya Açıqgözün məsləhətlərinə uyğun geyinən müğənninin açıq-saçıq libası diqqət çəkib.

Hadisənin qara rəngli dəri libası və gipürlü, daş-qaşlı geyimi onu odluqca seksual göstərib.

Ləman Sultan