"Birinci hissədə göstərdiyimiz oyun indiyə qədər
sərgilədiyimiz ən yaxşı oyunumuz idi".
Bunu millimizin baş məşqçisi Robert Prosineçki bu gün keçirilən
Azərbaycan – Moldova oyunundan sonra deyib.
Xorvat mütəxəssis qeyd edib: “Doğrudur, fasiləyə az qalmış
qapımızdan qol buraxdıq. Amma çox razı qaldım”.
R.Prosineçki əlavə edib ki, yığmamız bu gün 90 dəqiqə ərzində
ümumilikdə yaxşı oyun göstərdi: “Müxtəlif səbəblərdən Rəşad
Sadıqov, Ruslan Abışov, Dmitri Nazarov, Eddi İsrafilov və Araz
Abdullayev kimi əsas futbolçularımız bu gün bizə kömək edə
bilmədilər. Əvəzində çoxlu sayda gənc oyunçuya şans verdim və
onların da çıxışından razı qaldım. İnanırıq ki, növbəti seçmə
mərhələdə Azərbaycana gələcək komandaları çətin oyunlar
gözləyəcək”.