Türkmanlara qarşı kimyəvi silah: kəndlər bombalanır

18 Noyabr 2015 13:22 (UTC+04:00)

Suriyada Bayır Bucak Türkman bölgəsi Bəşər Əsəd ordusu tərəfindən bombardman edilir.


Suriya Türkman Məclisindən Publika.az-a daxil olan məlumata görə, türkmanların bombalanmasında Rusiya havadan Əsəd ordusuna ciddi dəstək verir. Məlumatlara görə, bombardman indi də davam edir.


“Əsədə bağlı hərbi birliklər Cebel Ekraddakı Cubbul Ahmar kəndi ilə Türkman Dağındakı Avanlı və Çanlı (Gimam) kəndlərinə şiddətli hücumlar edir. Silahlı toqquşmalarda türkmanlardan ölən və yaralananlar var”, - deyə məlumatda bildirilir.


Qeyd olunur ki, noyabrın 13-də türkmanların yaşadığı Nəddə və Rüveysa yaşayış məntəqələrinə hücumlar zamanı kimyəvi silahlardan da istifadə olunub.


Asif