Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli dekabrın əvvəllərində Azərbaycana səfər edəcək.
Publika.az “Ria-Novosti”yə istinadən xəbər verir
ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, T. Xidaşeli əvvəlcə Amerika və Avropa ölkələrinə
rəsmi turneyə yola düşüb: “Xidaşeli bu gün Kanadaya yola düşüb.
Yeni hökumətin nümayəndələri ilə görüşəcək və təhlükəsizlik üzrə
konfransda iştirak edəcək. Müdafiə naziri Kanadadan Nyu-Yorka yola
düşəcək və BMT-nin sülh missiyasının rəhbərləri ilə görüşəcək.
Xidaşeli rəsmi turne çərçivəsində Belçikaya, Almaniyaya və
Azərbaycana baş çəkəcək”.
Asif