Türkiyədə iş adamı ortağı tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Əskişəhər bölgəsində baş verib.
Dörd gün öncə iş yerinə gedən 53 yaşlı Güvən İldırım, axşam evə
dönmədiyi üçün ailəsi polisə müracət edib. Polis evli və iki uşaq
atası olan Güvən İldırımın axtarışına başlayıb. Məlum olub ki,
G.İldirım həmin gün axşam ən son Yersəl Dəniz adlı iş ortağı ilə
görüşüb. Ortaqlar arasında yaranan mübahisə Güvən İldırımın ölümü
ilə nəticələnib. Belə ki, ortağının başını çəkiclə əzən 26 yaşlı
Yersəl Dəniz onu qətlə yetirdikdən sonar metal qutunun içinə
qoyaraq tarlaya atıb.
Qeyd edək ki, cinayəti törətməkdə təqsirli bilinən şəxs saxlanılıb.
Rübabə