ŞİKAYƏT: Pulumu verin!

20 Noyabr 2015 20:32 (UTC+04:00)

“Qəbələ”nin hücumçusu Ermin Zets keçmiş klubundan borcunu tələb edir.

Publika.az ajansspor.com-a istinadən xəbər verir ki, futbolçu vaxtilə formasını geyindiyi "Balıkəsirspor"dan (Türkiyə) pulunu qaytarmasını istəyir. Türkiyə klubunun Zetsə 1,8 milyon avro borcu var.

"Qəbələ"nin futbolçusu artıq bununla bağlı FİFA-ya da şikayət də edib.

Zets "Qəbələ"yə bu yay "Balıkəsirspor"dan transfer olunmuşdu.