İcra nümayəndəsi evində öldürüldü

22 Noyabr 2015 07:18 (UTC+04:00)

Dağıstanın Şamil kəndinin icra nümayəndəsi güllələnib.

Publiika.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, icra nümayəndəsinin meyiti ötən gün evində tapılıb. Yerli polisin yaydığı məlumata görə, icra nümayəndəsi ötən gün axşam saat 20 radələrində qətə yetirilib. Faktla bağlı cinayət işi qaldırılıb. Qatilin müəyyən edilməsi istiqamətində axtarışlara başlanılıb.

Cinayətin motivi barədə hələlik məlumat verilmir.