Nigeriyanın Mayduquri şəhərində 20 yaşlı kamikadze qadın
özünü partladıb.
Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, hadisə nəticəsində 8 nəfər həyatını itirib. Hadisənin
"Boko Haram" radikal dini təşkilatının törətdiyi güman
edilir.
Qeyd edək ki, “Boko Haram” terror təşkilatı indiyə qədər 2.6 milyon insanı evindən-yurdundan edərək 17 min insanın ölümünə səbəb olub.