Federasiyada bomba xəbərdarlığı: “Partlaya bilər”

25 Noyabr 2015 16:22 (UTC+04:00)

Yunanıstan Futbol Federasiyasının binasındakı bütün əməkdaşlar evakuasiya olunub.

Publika.az xəbər verir ki, polis binaya bomba qoyulması ilə bağlı xəbərdarlıq alıb. Zəng edən naməlum şəxs yerli vaxtla saat 13:00-da bombanın patlayacağını bildirib. Hadisə yerinə gələn polis əməkdaşları binadakı işçiləri evakuasiya ediblər.

Bir müddət əvvəl Afinada Sahibkarlar Federasiyasının qarşısında bomba partladılmışdı.

Azərbaycan təmsilçisi "Qəbələ" Avroliqada keçiriləcək PAOK-la oyun üçün bu gün Yunanıstana gedib.