Nazpəri: “Səhifəmə erməni bayrağı qoyan dostum ola bilməz” - AÇIQLAMA

26 Noyabr 2015 14:45 (UTC+04:00)

Xalq artisti Nazpəri Dostəliyeva keçmiş prodüseri Mikayıl Hüseynovu müğənninin “İnstagram” səhifəsində erməni bayrağı paylaşdığına görə qovub.

Xalq artisti Publika.az-a açıqlamasında belə deyib:

“Bu barədə danışmaq istəmirəm, jurnalistlər buna görə mənə zəng edib, narahat etməsinlər. Bu məsələ ilə bağlı fikir bildirməyəcəm. O şəxs də (prodüserini nəzərdə tutur – C. ) özü yazıb, özü də pozsun”.

Nazpəri xanım qeyd edib ki, prodüseri ilə ayrılmaq məhz xalq artistinin özünün qərarıdır:

"O özü təsdiq edib ki, səhifəmə erməni bayrağı qoyub. Səhifəmdə erməni bayrağı paylaşan dostum ola bilməz"

Cəvahir