FHN: Tofiq Hacıyevin həyat yoldaşı komadadır

27 Noyabr 2015 14:15 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi AMEA Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin ölümü ilə bağlı məlumat yayıb.

Publika.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 2 nəfər bağlı qapı arxasında qalıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıb, 1936-cı il təvəllüdlü Hacıyev Tofiq İsmayıl oğlunun cəsədi və 1 nəfəri huşsuz vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriliblər.

Qeyd edək ki, hadisə vaxtı evdə olan Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva da zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, hazırda komadadır. 79 yaşlı Tamara Hacıyeva dilçi alimdir.