Rusiyada təhsil alan türkiyəli tələbələrə bəd xəbər

28 Noyabr 2015 21:55 (UTC+04:00)

Rusiyada təhsil alan türkiyəli tələbələrin deportasiya olunacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Voronej şəhərində universitetdə təhsil alan S.K (şərti ad və soyad) adlı tələbə söyləyib.

O bildirib ki, universitet rəhbərliyi 2-7 dekabr tarixlərində türkiyəli tələbələrin ölkədən çıxarılacağını deyib:

“Bizdən sənədə qol çəkməyimizi tələb etdilər. Üstəlik də heç bir izahat vermədilər. 7 tələbə imzaladı. Lakin 2-si imtina etdi. Bundan əlavə, bütün türkiyəli tələbələrin ünvanları öyrənilib. Çox güman ki, bizi deportasiya edəcəklər”.

S.K onu da qeyd edib ki, şəhərdə yaşayan Türkiyə vətəndaşları qorxu içərsində yaşayır.