İsrail Fələstinlə bağlı qərarını dəyişdi

30 Noyabr 2015 01:07 (UTC+04:00)

İsrail hakimiyyəti Avropa Birliyi ilə birgə Fələstinlə bağlı danışıqları davam etdirmək qərarına gəlib.

Axar.az Röyter agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

İsrailin Baş naziri Benyamin Netanyahunun sözlərinə görə, İsrail Avropa Birliyi ilə Fələstin mövzusunda mövcud olan müzakirələri yenidən bərpa etmək qərarına gəlib.