İstanbulda PKK əməliyyatı – 10-dan çox şübhəli saxlanıldı – FOTOLAR

10 Dekabr 2015 10:00 (UTC+04:00)

Bu gün səhər saatlarından başlayaraq İstanbulda PKK-çılara qarşı xüsusi əməliyyat keçirilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İstanbul Polis İdarəsinin xüsusi təyinatlı qüvvələri tərəfindən keçirilən əməliyyata havadan helikopterlər də dəstək verib.

Əməliyyat zamanı İstanbulun “Küçükçekmece Kanarya”, “Fatih” və “Eyüp” əyalətlərində 10-dan artıq ünvana polis basqını təşkil edilib. Əməliyyat zamanı PKK ilə əlaqədə şübhəli bilinən çox sayda insan saxlanılıb. Həmçinin saxlanılan şübhəlilərin evlərində də axtarış-yoxlama tədbirləri həyata keçirilib.

Vasif Həsənli