Rus qırıcıları Hələbdə dinc əhalini bombaladı – azı 15 ölü – FOTOLAR

10 Dekabr 2015 10:26 (UTC+04:00)

Suriyada olan Rusiya qırıcıları Hələb şəhərindəki dinc əhalinin məskunlaşdığı binaları bombalayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr dinc əhalinin başına “vakuum bombası" yağdırıb.

Hadisə nəticəsində Hələbdəki bir sıra binalar dağılıb, ən azı 15 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

Dağıntılar altında xeyli sayda insanın qaldığı deyilir.

Vasif Həsənli