İlham Əliyev Keniya Prezidentini təbrik edib

13 Dekabr 2015 10:50 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Keniya Respublikasının Prezidenti Uhuru Kenyattaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Keniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına sülh və tərəqqi arzulayıram".