Elçin Mirzəbəyli “Geosiyasət”lə “Lider” TV-də

14 Dekabr 2015 13:30 (UTC+04:00)

Tamaşaçılar “Geosiyasət” verilişini Elçin Mirzəbəylinin təqdimatında izləyə biləcəklər.

Publika.az-ın məlumatına görə, bu gündən etibarən "Lider" televiziyasının efirində yeni layihəyə start verilir. Tamaşaçılar hər həftənin bazar ertəsi, saat 21:00-da yayımlanacaq “Geosiyasət” verilişini tanınmış jurnalist və siyasi şərhçi Elçin Mirzəbəylinin təqdimatında izləyə biləcəklər.

“Geosiyasət” verilişində dünyanın siyasi coğrafiyasına nəzər salınacaq, baş verməkdə olan mürəkkəb geosiyasi proseslərin tarixi kökləri və inkişaf perspektivləri incələnəcək.

İlk veriliş Şimali Afrika və Suriyada baş verən proseslərə, Türkiyə-Rusiya münasibətlərinə həsr olunub.