İŞİD-lə bağlı qanun layihəsi qəbul olundu

18 Dekabr 2015 02:31 (UTC+04:00)

BMT Təhlükəsizlik Şurası İŞİD-in maliyyə qaynaqları ilə bağlı qanun layihəsini səs çoxluğu ilə qəbul edib.

Axar.az xəbər ki, Rusiya və ABŞ tərəfindən hazırlanan 2253 saylı qanun layihəsi 15 ölkənin müsbət rəyi ilə qəbul olunub.

Qərarda bütün ölkələrə İŞİD və Əl-Qaidəyə aid maliyyə mənbələrinin dayandırılması, bank hesablarının dondurulması, terrorçuların silah-sursat almasına qadağa qoyulması ilə bağlı çağırış edilib.

Bundan əlavə, 1999-cu ildə yaradılan "Əl-Qaidə sanksiyaları Komitəsi"nin adı dəyişdirilərək, “İŞİD-Əl-Qaidə sanksiyaları Komitəsi” olaraq adlandırılıb.