Prezidentlərin görüşü gələn il davam etdiriləcək

19 Dekabr 2015 22:17 (UTC+04:00)

Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri gələn il də davam etdiriləcək.

Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsdəri Ceyms Uorlik "Twitter" hesabında yazıb.

"Görüş başa çatdı, danışıqlar 2016-cı ildə davam edəcək", - həmsədr qeyd edib.