PKK-dan iki ŞƏRT: “Bunlar olmasa, Türkiyədə...”

22 Dekabr 2015 07:32 (UTC+04:00)

PKK terror təşkilatının liderlərindən olan Murad Karayılan Türkiyəni təhdid edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Karayılan muxtariyyət tələbinin rədd ediləcəyi halda ayrılmağı düşünəcəklərini deyib.

“Öcalan azad olmadan və kürd müxtariyyəti tanınmadan Türkiyənin birliyi və döyüşün dayanması mümkün olmayacaq”, - PKK lideri söyləyib.

Onun sözlərinə görə, ordunun əməliyyatları davam etdirməsi döyüşü daha geniş əraziyə yayacaq və nəticədə türk dövləti itirəcək.

Ömər Dağlı