1 milyondan çox kompüter virusa yoluxub

23 Dekabr 2015 07:10 (UTC+04:00)

Dünyanın 190 ölkəsində 1 milyon kompüter virusa yoluxub.

Publika.az xəbər verir ki, ABŞ-ın Federal Təhqiqat Bürosu, Beynəlxalq Polis Təşkilatı (İnterpol), Avropa Polis Təşkilatı (Evropol) birgə araşdırma aparıb.

Araşdırma nəticəsində 1 milyondan çox kompüterə Dorkbot adı verilən botlar (ziyanverici proqramlar) yükləndiyi bəlli olub.

Bu proqramlar əvvəlcə “Facebook” və “Tvitter”dən parollarını oğurlayır, sonra da bütün kompüterin fəaliyyətinə nəzarət edir.

Virus kompüterə yükləndikdən sonra onunla “qohum” digər viruslar da avtomatik olaraq yüklənmiş olur.

Gülxar