Bu zooparkda heyvanları yox, insanları qəfəsə salırlar – FOTOLAR

2 Yanvar 2016 03:13 (UTC+04:00)

Bu, adi şəhər zooparkıdır. Digər vəhşi heyvanlar parkı kimidir. Amma onun bir maraqlı fərqi var – bu zooparkda heyvanları yox, insanları qəfəslərə salırlar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qeyri-adi zoopark Çilidə, Rankaqua şəhərində yerləşir.

“Safari Lion Zoo” Latın Amerikasında insanların heyvan kimi qəfəsə salındığı, vəhşi yırtıcıların isə insanların ətrafında gəzdiyi heyvan parkıdır.

Lakin “Safari Lion Zoo” zooparkının da özünəməxsus üstünlüyü var. Belə ki, heyvanlardan qorunmaq üçün avtobuslardakı xüsusi qəfəslərə salınmış insanlar vəhşi heyvanların, o cümlədən şirlərin yaşayış tərzini müşahidə etmək, hətta maksimum yaxınlaşmaq imkanlarını əldə edirlər.

“Safari Lion Zoo” zooparkının rəhbərliyi insanları qəfəslərdə gəzdirmələrini onları heyvanların mümkün hücumlarından, təhlükəli vəziyyətlərdən qorumaq istəyi ilə əsaslandırır.

Yırtıcıların gəzintilərini, yaşayışını, qidalanmalarını müşahidə etmək istəyi ilə zooparka gələnlər kifayət qədərdir. Zooparkın turistlərin diqqətini daha çox cəlb etmək üçün heyvanlara ət atırlar.

Zooparkda turistlərin heyvanları yedirmələri qadağandır. Bunu ancaq heyvanxananın nəzarətçiləri edə bilər.

Turistlər yalnız heyvanların fotolarını çəkə bilərlər. Fotolardan da göründüyü kimi qonaqlar buna çox maraq göstərirlər.

Anar Tağıyev