İranda ildə 60 milyon litr spirtli içki istehlak olunur

3 Yanvar 2016 17:13 (UTC+04:00)

İranda ildə 60 milyon litr spirttli içki istehlak olunur.

Publika.az İran mətbuatına istinadən xəbər verir ki, bunu İran Əmək və Sosial Təminat Nazirliyinin sosial problemlər üzrə şöbə rəisi Ruzbeh Korduni bildirib.

İrana spiritli içkilər qeyri-qanuni yollarla bağlı formada gətirilir və ya “ev istehsalı” içkilərlə bu tələb ödənilir.

Qeyd edək ki, İranda spiritli içkilərdən istifadə İran İslam cəza qanununa görə haram və qadağandır. Spirtli içkidən istifadə edən şəxsə birinci və ikinci dəfə 80 qamçı cəzası verilir. Üçüncü dəfə təkrar olunarsa edamla nəticələnir. Buna baxmayaraq İranda spirt istehlaki olduqca çoxdur.

Məryəm