İŞİD Liviyada neft bölgəsinə hücum etdi

4 Yanvar 2016 23:15 (UTC+04:00)

İŞİD terror qruplaşması Liviyanın Es-Sidra neft bölgəsinə hücum edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tobruk hökumətinə bağlı ordu mənbələri bildirib.

Məlumata görə, İŞİD Es-Sidranı ələ keçirmək üçün 4 tərəfdən hücuma keçib və partlayıcı yüklü avtomobillərlə 2 intihar hücumu təşkil edib. Hücumda 2 təhlükəsizlik əməkdaşı həyatını itirib.

Hazırda İŞİD döyüşçüləri ilə Tobruk hökumətinə bağlı qüvvələr arasında qarşıdurmalar davam edir.