“Real” Benitesə əvəz tapdı

5 Yanvar 2016 02:00 (UTC+04:00)

Əfsanəvi futbolçu Zinəddin Zidan İspaniyanın “Real” klubunun baş məşqçisi təyin ediləcək.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın idman nəşri “Marca” yazıb.

Qeyd edək ki, “Real”ın rəhbərliyi sonuncu turda “Valensiya” ilə oyunda xal itkisindən (2:2) sonra Rafael Benitesi istefaya göndərmək qərarına gəlib. Benites mövsümün əvvəlində “Real”ın sükanı arxasına gətirilmişdi.

Zinəddin Zidan hazırda “Real Kastilya”ya (“Real”ın ehtiyat komandası) başçılıq edir. O, uzun illər “Real”ın şərəfini qoruyub.

“Real” hazırda İspaniya çempionatında 37 xalla üçüncü yeri tutur.