Ay yerini dəyişəcək

6 Yanvar 2016 12:22 (UTC+04:00)

Yanvarın 25-dən planetlərin düzülüşü başlayacaq, yanvarın 27-də Yer kürəsinin təbii peyki olan Ay öz yerini dəyişəcək, yanvarın 28-də isə artıq Yupiterin yanında olacaq.

Publika.az xəbər verir ki, bu barədə AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, planetlərin düzülüşü yanvarın 29-da görünsə də, bu kosmik hadisənin ən maraqlı görüntüsünü yanvarın 31-də saat 07:00-dan sonra müşahidə etmək mümkün olacaq. Belə ki, göydə ardıcıllıq üzrə Yupiter, Ay, Mars, Saturn, Venera, Merkuri düzüləcək. Səmada bu göy cisimləri bir-birinə yaxın məsafədə yerləşəcəklər. Günəş çıxdıqdan sonra isə onun işıltısı planetlərin görüntüsünü itirəcək:

"Bir sırada düzüldüyünə görə çoxları bunu "parad" kimi qəbul edir. Amma bu, planetlərin hərəkətinə görə düzülüş formasıdır. Planetlərin düzülüşü ən ecazkar astronomik hadisələrdən biri hesab olunur”.

Gülxar