Türk məşhurlar “Dəlibal”ı Bakıya gətirir

7 Yanvar 2016 06:42 (UTC+04:00)

Nizami Kino Mərkəzi yanvarın 7-də yeni ili “Dəlibal” filminin möhtəşəm qala-gecəsi ilə açacaq.

Publika.az xəbər verir ki, qala-gecəyə qatılmaq üşün sözügedən filmin baş qəhrəmanları Çağatay Ulusoy, Leyla Lydia Tuğutlu, rejissor Ali Bilgin və yaradıcı qrupun digər üzvləri Bakıya gələcək.

Romantik dram janrında çəkilmiş bu film universitet tələbələri olan Barış və Füsunun böyük eşq hekayəsindən bəhs edir.

Filmin rejissoru Ali Bilgin, ssenari müəllifi Yıldırım Türkerdi. Filmdə rollara, həmçinin Hüseyin Avni Danyal, Laçin Ceylan, Mustafa Avkıran, Nazan Kesal və Toprak Sağlam çəkiliblər.

Filmi izlədikdən sonra, qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Cəvahir