Türkiyəli rejissor Putinin şirləri ilə - FOTO

7 Yanvar 2016 08:51 (UTC+04:00)

Türkiyənin məşhur rejissorlarından olan Qani Müjdə Putinin şiri ilə şəkil çəkdirib.

Publika.az xəbər verir ki, yeni filmi üçün həqiqi aslan axtarışına çıxan rejissor, sonda, Rusiya prezidenti Vladimir Putinin həftəsonu gəzintiyə çıxdığı şirlərin təlimçisi Zapaşnı qardaşlarını tapıb.

Qani Müjdə Rusiyaya gedərək filmi üçün lazım olan səhnələri orada çəkib. O, Putin sayəsində məşhurlaşan şirlə şəkil çəkdirməyə müvəffəq olub.

Qeyd edək ki, rejissorun “Bizans oyunları” adlı filmi yanvarın 15-də təqdim olunacaq.

Ləman Sultan