Şəhriyar Məmmədyarov erməni şahmatçını məğlub edib

25 Mart 2014 19:12 (UTC+04:00)

Dünya şahmat tacı uğrunda iddiaçıların turnirini davam edir.

Publika.az xəbər verir ki, turnirə uğursuz başlayan həmyerlimiz Şəhriyar Məmmədyarov turnirin əsas favoritlərindən biri olan erməni Levon Aronyanı məğlub edib. Bununla kifayətlənməyən Şəhriyar

hindistanlı Vişvanatan Ananddanla oyunda da xal qazanıb.

İlk dövrədə ağ fiqurlarla rəqibinə uduzan təmsilçimiz revanş arzusunda olsa da, istəyini həyata keçirə bilməyib. Məmmədyarov 30-cu gedişdə sabiq dünya çempionu ilə “sülh” bağlayıb.

Şəhriyar Məmmədyarov turnirdə 5 xalla 3-cü pillədədir.

Oral Mədənçi