Şengen zonası ləğv oluna bilər – Angela Merkel şərt qoydu

8 Yanvar 2016 06:13 (UTC+04:00)

Almaniya kansleri Angela Merkel Şengen razılaşmasının yalnız bir halda - miqrantlarla bağlı problemlərin həll olunacağı təqdirdə mümkün olacağını deyib.

Publika.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

O, Avropa İttifaqında vizasız rejimi saxlamaq üçün ciddi addımların atılmalı olduğunu bildirib.

“Şengen zonası yalnız bizim qaçqınlarla bağlı problemi həll etməyimizdən sonra davam edə bilər. Əgər biz öz üzərimizə məsuliyyət götürüb bu problemi həll etsək, Avropa İttifaqı ölkələri arasında vizasız rejimi saxlamaq mümkündür”.

Daha əvvəl də Almaniya kansleri Avropaya miqrant axınına nəzarət etməyin vacib olduğunu qeyd etmişdi.

Qeyd edək ki, indiyədək ümumilikdə 30 dövlət - Avropa İttifaqına üzv dövlətlərin əksəriyyəti və 3 qeyri-üzv ölkə - İslandiya, Norveç və İsveçrə bu razılaşmaya qoşulub və bu ölkələrdən 15-i razılaşmadan irəli gələn öhdəlikləri yerinə yetirməkdədirlər. İrlandiya Respublikası və Böyük Britniya isə razılaşmada yalnız polis-məhkəmə əməkdaşlığı çərçivəsində iştirak edirlər, sərhəd nəzarəti və viza rejimi ləğv olunmayıb.

Gülnar Əliyeva