ABŞ-ın super silahı döyüşlərin gələcəyini dəyişəcək - VİDEO/FOTOLAR

8 Yanvar 2016 22:27 (UTC+04:00)

ABŞ-ın super pilotsuz uçuş aparatı ənənəvi vertolyotları əvəz edərək müharibələrin gələcəyini dəyişə bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, iki əsgər daşıya bilən “AirMule” 453 kiloqram yükgötürmə qabiliyyətinə malikdir.

“AirMule” yükü ilə birlikdə təxminən 50 kilometr uçacaq və ənənəvi vertolyotların çata bilmədiyi yerlərə çata biləcək. Şaquli istiqamətdə qalxa və enə bilən prototip ilk sınağından İsraildə yerləşən bir hərbi hava bazasında müvəffəqiyyətlə keçib.

Pilotsuz uçuş aparatının istehsalçısı “Tactical Robotics” şikətidir.

Ömər Dağlı