Misirdə turistlərin olduğu otelə silahlı hücum

9 Yanvar 2016 10:30 (UTC+04:00)

Misirin Xurqada şəhərində turistlərin olduğu otelə silahlı basqın olub.

Publika.az RİA Novostiyə istinadən xəbər verir ki, hadisə nəticəsində üç turist öldürülüb, bir neçə nəfər isə yaralanıb.

Mənbənin məlumatına görə silahlılar üç nəfər olub və oteli atəşə tutublar. Onlardan birinin əlində qara bayraq olub və dini şüarlar səsləndiriblər. Misir Turizm Palatası Birliyinin İdarə Heyətinin üzvü Hüsam Şair bildirib ki, otelə hücum edənlərin hər üçü polis tərəfindən öldürülüb.

Misir Daxili İşlər Nazirliyi öldürülən cinayətkarlardan birinin adını açıqlayıb. Bu, 21 yaşlı tələbə Məhəmməd Maxfuzdur.

Gülnar Əliyeva