Davudoğlu türk əsgərinin Mosula girmə səbəbini açıqladı

9 Yanvar 2016 16:28 (UTC+04:00)

“Türk əsgərinin Mosulda olmağının yeganə səbəbi oranı İŞİD-dən qurtarmaq və İraqın ərazi bütövlüyünü təmin etməkdir”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə baş naziri Əhməd Davudoğlu AKP-nin toplantısında çıxışı zamanı deyib.

O, İŞİD-in Türkiyə əsgərinin olduğu Başika hərbi düşərgəsində hücumuna münasibət bildirib.

“Əsgərlərimiz üçün lazım olan bütün tədbirlər həyata keçirilib. Terrora qarşı mübarizədən heç vaxt əl çəkmədik və İraqın ərazi bütövlüyünə sona qədər hörmət bəsləyirik. Sadəcə olaraq, bölgənin sülhə ehtiyacı var. Hər kəs Suriya məsələsində insanları düşünməli, orada insanlığın ölməsini kənardan seyr etməməlidir”, - deyə o qeyd edib.

Asif