“Gümüş oğlan”ın vəfatından 2 il ötdü

11 Yanvar 2016 15:27 (UTC+04:00)

Azərbaycan şahmatçısı Vüqar Həşimovun vəfatından iki il ötür.

Publika.az xəbər verir ki, bu gün Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, milli komandanın üzvləri, idman ictimaiyyətinin nümayəndələri, eləcə də Vüqar Həşimovun ailəsi mərhum şahmatçının məzarını ziyarət edib, heykəli önünə gül dəstəsi qoyulub.

Anım mərasimində Vüqar Həşimovun karyerası haqda danışılıb. Eyni zamanda qeyd olunub ki, hər ilin aprel ayında Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan nüfuzlu beynəlxalq şahmat turniri keçirilir. 2016-cı ildə də həmin yarışın keçirilməsi üçün lazımi işlər görüləcək.