Dollar bahalaşdı, avro ucuzlaşdı - MƏZƏNNƏ

12 Yanvar 2016 10:05 (UTC+04:00)

Yanvarın 11-i ilə müqayisədə bu gün dolların məzənnəsi möhkəmlənib.

Publika.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) yanvarın 12-nə olan rəsmi məzənnələr bülletenindən görünür ki, dolların rəsmi məzənnəsi yanvarın 11-i ilə müqayisədə 0,0043 manat və ya 0,27% artaraq 1,5685 manat olub.

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla yanvarın 11-də manatın dollara nisbətdə rəsmi məzənnəsi 12 yanvar 2016-cı il tarixi üçün 1,5685 manat səviyyəsində müəyyənləşdirilib.

Avro isə cüzi də olsa, manata nisbətdə ucuzlaşıb. Bu valyutanın qiyməti 0,02% və ya 0,0003 manat azalaraq 1,7069 manata düşüb.

Rus rublunun məzənnəsi də manata nəzərən 0,0003 manat, yaxud 1,44% azalaraq 0,0205 manat təşkil edib.

İqtisadiyyat şöbəsi