Ermənistanda 170 nəfər “donuz qripi”nə yoluxdu

12 Yanvar 2016 11:08 (UTC+04:00)

Ermənistanda 170 nəfər H1N1 virusuna (“donuz qripi”) yoluxub. 4 pasientin vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib. Həmçinin 2015-ci ilin sonu 2016-cı ilin əvvəli “donuz qripi”ndən 6 ölüm faktı qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda ölkədə kəskin respirator virus xəstəliklərindən əziyyət çəkənlərin sayı 855 nəfərdir. Onların 101 nəfəri hamilə qadın, 672 nəfəri isə uşaqlardır.

Mənbənin məlumatına görə, “donuz qripi”nə yoluxan insanların əksəriyyəti bu virusa yoluxduqlarından xəbərsizdir.

Gülnar Əliyeva