Ərdoğan partlayışı törədənin kimliyini açıqladı

12 Yanvar 2016 15:45 (UTC+04:00)

İstanbuldakı partlayışın arxasında İŞİD terror qruplaşması dayana bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə güc strukturlarının nümayəndələri bildiriblər.

Qeyd edək ki, bu gün İstanbulun Sultanəhməd Meydanında partlayış baş verib. Partlayış kamikadze tərəfindən törədilib. Hadisə nəticəsində 10 nəfər ölüb, 15-i yaralanıb. Ölənlərin hamısı turistlərdir. Onlardan 6-sı Almaniya vətəndaşıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə kamikadzenin Suriya mənşəli olduğunu bildirib.

Ömər Dağlı