Bakıda qəza: 4 nəfər yaralandı

26 Mart 2014 12:00 (UTC+04:00)

Ötən gecə saat 23:45-də Bakının Xəzər rayonu ərazisində 4 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.


Rayon Polis İdarəsi 1-ci polis bölməsindən anspress-ə verilən məlumata görə, Mərdəkan qəsəbəsi ərazisində iki minik maşını toqquşub. Qəza nəticəsində 4 nəfər ağır yaralanıb.


Yaralılar 30 yaşlı Fuad Şahverdiyev, 25 yaşlı Alqayıt Rəhimova, 26 yaşlı Əziz Qurbanov, 22 yaşlı Vüsal Məmmədovdur. Yaralılar ağır halda 3 saylı Sabunçu Rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralıların vəziyyətləri ağırdır.


İlkin ehtimala görə, hadisənin baş verməsinə avtomobillərin sürətlə hərəkət etməsi səbəb olub.


Faktla bağlı araşdırma aparılır.