Məşhur müğənni: “Silikonlarıma görə qızıma süd verə bilmirəm”

26 Mart 2014 14:00 (UTC+04:00)

Təzə ana olan türkiyəli müğənni Demet Akalın “Aramızda qalsın” adlı televiziya proqramında silikonlarına görə övladına ana südü verə bilmədiyini söyləyib:

“Mən Türkiyədə sinə silikonu edən ilk məşhurlardanam. Düz səkkiz dəfə əməliyyat olmuşam. Amma o silikonlar ucbatından övladıma ana südü verə bilmirəm. Dostlar, xüsusilə Tuba Ünsal “Hiranı mən əmizdirim” təklifini edib”.

Amma müğənni həyat yoldaşı Okan Kurt icazə vermədiyi üçün bu təklifdən imtina edib: “Okan başqasının qızımı əmizdirməyini qəbul etmir”.