Novak: “Əgər türklər bunda maraqlı olarsa...”

14 Yanvar 2016 18:08 (UTC+04:00)

“Rusiya Avropa partnyorlarının marağı olacağı halda “Türk axını” qaz kəməri layihəsinin reallaşdırılmasına hazırdır”.

Publika.az xəbər verir ki, bu barədə “Rossiya 24” telekanalının efirində Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

“Düşünürəm ki, 2016-cı ilin gündəliyində “Türk axını” da olacaq. Bilirəm ki, Avropa Komissiyası və Avropa ölkələrinin energetika nazirləri bu məsələ üzərində işləyirlər. Avropadakı partnyorlarımız və türklərin marağı olacağı halda, biz bu layihənin reallaşdırılmasına hazırıq”, - rusiyalı nazir deyib.

Qeyd edək ki, Türkiyənin Rusiyanın Su-24 təyyarəsini vurmasından sonra “Türk axını” layihəsinin icrası dayandırılıb.

Ömər Dağlı